SİTAT

Azərbaycan Respublikasının Prezidenti SOCAR Polymer haqqında

İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyəti ilə videoformatda görüş03 Fevral 2021
“Mən sizin Azərbaycandakı fəaliyyətinizlə bağlı məlumata baxırdım və əlbəttə ki, Sumqayıtdakı açılış mərasimini də xatırlayıram. O zaman bu mühüm əlamətdar hadisədə Prezident cənab Mattarella mənimlə birlikdə iştirak edirdi. Ümumiyyətlə, sizin şirkətiniz Azərbaycanda dəyəri 1,6 milyard avrodan çox olan layihələrə cəlb olunub və hesab edirəm ki, bu belə də davam edəcək. Çünki siz artıq bizim ölkəyə sadiq olduğunuzu nümayiş etdirmisiniz. Sizin fəaliyyətinizdə yer alan yerli vətəndaşların sayı ilə bağlı dedikləriniz sizin sadiqliyinizi və Azərbaycanda uzunmüddətli strategiyanızı nümayiş etdirir. Çünki burada uzun müddət ərzində fəaliyyət göstərməyi planlaşdırmasaydınız bunu etməzdiniz. Başlanğıcda yalnız italyanlar işləyirdi, indi yerli kadrların sayı 70 faizdən çoxdur. Beləliklə, siz təlimlərə töhfə vermisiniz və bu da çox önəmlidir.”


https://president.az/articles/50497
“Gilan Tekstil Park” MMC-in tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında prezident İlham Əliyevin nitqindən12 May 2020
Bütövlükdə bu gün Sumqayıtın inkişafı böyük dərəcədə şəhərin sənaye potensialı ilə bağlıdır. Mənə verilən məlumata görə, “Gilan Tekstil Park”da işləyənlərin 95 faizi Sumqayıt şəhərinin sakinləridir. Son illərdə Sumqayıtda onlarla yeni müəssisə yaradılıbdır və mən bu müəssisələrin açılışlarında iştirak etmişəm. Onların arasında xüsusilə iki nəhəng, flaqman müəssisəni qeyd etmək istərdim – azot gübrələri zavodu və polimer zavodu. Bu zavodların tikintisinə dövlət çox böyük vəsait xərcləyib. Ancaq digər zavodların fəaliyyəti sırf özəl sektor tərəfindən təşkil edilib, əlbəttə, dövlətin dəstəyilə dövlət ərazi ayırır. Bildiyiniz kimi, Sumqayıtda iki sənaye parkı fəaliyyət göstərir - Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 10 hektarlarla ölçülür. Tamamilə təmizlənmiş bu ərazidə yeni infrastruktur layihələri icra edilib. Özəl sektor da artıq bu parkda uğurla fəaliyyət göstərir, hər il burada bir neçə müəssisə açılır. Beləliklə, Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda, Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilib. Sovet dövründən fərqli olaraq, bu gün burada fəaliyyət göstərən sənaye müəssisələri bütün ekoloji standartlara cavab verir.

https://president.az/articles/38915
Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında prezident İlham Əliyevin nitqindən24 Aprel 2020
O ki qaldı, şəhərin sənaye potensialına, son illərdə Sumqayıt sənaye baxımından çox uğurla inkişaf edir. Burada bir çox önəmli layihələr icra edilibdir. Sumqayıt Texnologiyalar Parkı uzun illərdir ki, fəaliyyət göstərir. Burada 10-dan çox zavod fəaliyyət göstərir. Ondan sonra Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Yüzlərlə hektar torpağı əhatə edən bu böyük ərazidə bütün infrastruktur layihələri, təmizləmə işləri dövlət xətti ilə aparılmışdır və sonra dövlət və özəl sektor orada investisiya qoymağa başlamışlar.

Sumqayıtda Azərbaycan sənayesinin flaqmanları sayılan iki nəhəng sənaye müəssisəsi inşa edilib - polimer və karbamid zavodları. Bu müəssisələr həm daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanları yaranıb. Bu ixracın əhəmiyyəti ondadır ki, bu, qeyri-neft ixracıdır. Bizim də əsas məqsədimiz qeyri-neft sənayesini inkişaf etdirmək və qeyri-neft ixracını artırmaqdır.

Bildirməliyəm ki, indi dünyada böhranlı vəziyyətdir, demək olar, ölkələr arasındakı iqtisadi əlaqələr müəyyən dərəcədə zədələnib və iqtisadi fəallıq bütün dünyada aşağı düşüb. Buna baxmayaraq, üç ayda Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 23 faizdir. Bunun böyük hissəsi yeni yaradılmış sənaye müəssisələrinin hesabınadır. Beləliklə, biz bu müəssisələri yaratmaqla həm daxili tələbatı ödəyirik, idxaldan asılılığı aradan götürürük, həm də vətəndaşları işlə təmin edirik. Artıq Sumqayıtda minlərlə yeni iş yeri yaradılıb. Son illər ərzində Sumqayıtda bütün sənaye və infrastruktur obyektlərinin açılışlarında mən şəxsən iştirak etmişəm. Son 16 il ərzində bəlkə də 30 dəfəyə yaxın Sumqayıtda olmuşam və şəhərin inkişafı ilə bağlı şəxsən maraqlanıram, bütün məsələləri nəzarətdə saxlayıram.

https://president.az/articles/37015
Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda İlham Əliyevin yekun nitqindən03 Fevral 2020
Eyni zamanda, bizdə sənaye sahəsində də hazır məhsulun buraxılması məsələsi gündəlikdədir. Məsələn, “SOCAR Polymer” zavodu istifadəyə verildi və indi biz polimerləri xaricə ixrac edirik. O ölkələrə ixrac edirik ki, həmin ölkələr ondan hazır məhsul istehsal edir, bizə satır. Ona görə biz özümüz burada klasterləri yaratmalıyıq və lazım olarsa, dövlət dəstək göstərəcək ki, polimerdən məhsullar Azərbaycanda istehsal olunsun, pul ölkəmizdə qalsın. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır.

https://president.az/articles/35706
Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə Prezidenti İlham Əliyevin giriş nitqindən19 Dekabr 2019
Mənim təşəbbüsümlə gübrə və polimer zavodları da fəaliyyət göstərir. Yəni, biz indi polimerdən hazır məhsul istehsal edə bilərik. Bütün bu addımlar bir məqsədi güdür ki, ölkəmiz daha da güclənsin, sürətlə inkişaf etsin və vətəndaşlar işlə təmin olunsunlar.

https://president.az/articles/35252
Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə İlham Əliyevin nitqindən21 Noyabr 2019
Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir. Onların arasında dövlət xətti ilə tikilmiş “SOCAR Polymer”, karbamid və digər zavodlar var. Özəl sektor da çox böyük maraq göstərir. Ona görə Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıt müəssisələrində ildə təqribən 2 milyard manatlığa yaxın məhsul istehsal olunur. Ona görə Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək.

https://president.az/articles/34894
İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədən31 İyul 2019
İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır.

https://president.az/articles/33941
“SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı18 İyul 2018
“…Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır. Bizim iqtisadi sahədə və sənaye istehsalı sahəsində məqsədimiz məhz bundan ibarətdir. Biz bu zavodun timsalında Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi və sənaye siyasətini görürük…

Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaqdır. Əminəm ki, zavodun fəaliyyəti nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri yaradılacaq. Çünki bu zavodda buraxılan xammaldan hazır məhsul istehsal olunacaq və Azərbaycan o məhsulun da idxalından asılılığı aradan götürəcək…”


https://president.az/articles/29502
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas08 İyul 2018
“Sənayenin inkişafı ilə bağlı yaxın gələcəkdə iki böyük zavod işə düşəcək. Hər iki zavod Sumqayıtda yerləşir - polimer zavodu və azot gübrələri zavodu. Bu zavodlar həm daxili bazarı tam təmin edəcək, idxaldan asılılıq aradan qaldırılacaq və böyük ixrac imkanımız yaranacaqdır. Bu zavodların işə düşməsi deyə bilərəm ki, müstəqillik dövründə sənaye sahəsində çox önəmli hadisələr olacaqdır.”

https://president.az/articles/29335
Nazirlər Kabinetinin ilin 1-ci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası09 Aprel 2018
“Bu il bizim sənaye inkişafımızı böyük dərəcədə gücləndirəcək iki nəhəng zavod işə düşəcəkdir – “SOCAR Polymer” və azot gübrələri zavodları.”

https://president.az/articles/27793
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans29 Yanvar 2018
“Sənaye istehsalı ilə bağlı bu il çox önəmli açılışlar olacaq. Mən onların arasında Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələri qeyd etmək istəyirəm…

Bu il isə “SOCAR Polymer” və gübrə zavodlarının açılışı nəzərdə tutulur. Bu iki müəssisə nəinki daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanlarına da malik olacaq. Bu iki zavodun ümumi ixrac imkanları hər il 100 milyonlarla dollar həcmində olacaqdır. Eyni zamanda, xüsusilə “SOCAR Polymer” zavodu kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək. Çünki xammaldan məhsullar Azərbaycanda istehsal olunacaq. Polimer elə bir məhsuldur ki, indi bir çox məişət və ya sənaye materialının yaradılmasında rol oynayır. Ona görə özəl sektor da diqqətli olsun. Zavod işə düşən kimi dərhal yerli sənaye istehsalı yaradılmalıdır.”

https://president.az/articles/26840
Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş15 Dekabr 2017
“Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayır, bir neçə müəssisənin isə təməli qoyulub... Bir gündə Sumqayıtda, görün, yeddi müəssisəyə təkan verilir, onların fəaliyyəti təmin edilir. Əgər biz Sumqayıt Kimya Parkının digər rezidentlərini də əlavə etsək, görərik ki, bu, doğrudan da dünya miqyasında böyük bir sənaye mərkəzidir.

Çünki hazırda “SOCAR Polymer” və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1 milyard 700 milyon dollardır. Bu, bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin edək, həm də ki, böyük ixrac imkanları yaradılacaq.”

https://president.az/articles/26373
Nazirlər Kabinetinin ilin 1-ci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası10 Aprel 2017
“Mən sahibkarların diqqətini böyük bir layihəyə cəlb etmək istəyirəm. Bu, Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR Polymer” zavodudur. Bu, çox nəhəng sənaye müəssisəsidir, yüz milyonlarla dollar sərmayə qoyulur və çox gözəl məhsul istehsal edəcək. Bu məhsul əlbəttə, həm daxildə istifadə olunacaq, həm də ixracyönümlüdür. Ancaq mən qeyd etməliyəm ki, bu xammalın əsasında çox ciddi bir sənaye sahəsi yaradıla bilər. Biz demək olar ki, indi bütün hazır plastik məhsulları xaricdən idxal edirik. Ancaq “SOCAR Polymer”in işə düşməsindən sonra Azərbaycanda hazır məhsul istehsal etmək üçün yaxşı imkanlar yaranır və bu, biznes üçün də çox gəlirli bir sahə olacaq. Ona görə, bizim dövlət qurumlarına müraciət edirəm, onlar sahibkarlara bunu daha da yaxşı başa salsınlar ki, “SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar, fabriklər yaradıla bilər. Bu, həm yeni iş yerlərinin yaradılması deməkdir, həm də sahibkarlara əlavə gəlir gətirəcək və bizim ixrac məhsulumuz da daha böyük qiymətə xarici bazarlara çıxarılacaq. Əgər belə olmasa, “SOCAR Polymer”in məhsulu ancaq xammal kimi xaricə satılacaq. Əlbəttə, bu da yaxşı haldır, amma əminəm ki, mənim məsləhətim nəzərə alınacaqdır.”

http://president.az/articles/23317
Sumqayıtda Heydər Əliyev Mərkəzinin binasının açılışı27 Sentyabr 2016
Həm Sumqayıt, həm də ölkə üçün əsas iki böyük sənaye layihəsi 2018-ci ildə işə düşəcək. Bunlar “SOCAR Polymer” və “SOCAR Carbamide” zavodlarıdır. Burada da qeyd edildi, bu müəssisələrin işə düşməsi nəticəsində minlərlə iş yeri yaradılacaq, eyni zamanda, bizim ixrac potensialımız artacaq. Çünki biz “SOCAR Polymer” zavodunda istehsal olunacaq məhsulun bir hissəsini ixrac edəcəyik, bir hissəsini isə daxili bazara çıxaracağıq ki, kiçik və orta sahibkarlar o xam məhsuldan istifadə edib öz müəssislərini qursunlar. Plastik məmulatlar istehsal olunacaq, idxaldan asılılıq azalacaq və biz daxili tələbatı təmin edəcəyik.



https://president.az/articles/21209