Sağlamlığın Qorunması, Təhlükəsizlik Texnikası və Ətraf Mühitin Mühafizəsi ilə bağlı Daxili Siyasət Bəyanatı
Sağlamlığın, Əməyin Təhlükəsizliyinin qorunması və Ətraf Mühitin mühafizəsi (SƏTƏM) məsələləri “SOCAR Polymer” MMC-nin fəaliyyətinin tam diqqət mərkəzində dayanır.
Bu siyasət bəyanatı işçilərimizi, subpodratçılarımızı, müştərilərimizi, qonaqlarımızı, yerli icmaları və fəaliyyətlərimizin təsirinə məruz qala biləcək hər kəsi qorumaq öhdəliyimizi nümayiş etdirir. SOCAR Polymer-in bütün işçiləri və podratçıları əməliyyatlarımız zamanı insanlara və ətraf mühitə zərərin və qəzaların olmamasına nail olmaq üçün bu Siyasətin tələblərinə əməl etməyə borcludurlar.
Bu Siyasət Polipropilen (PP) və Yüksək Sıxlıqlı Polietilen (HDPE) istehsalı sahəsini əhatə edir.
Bu məqsədlərə çatmaq üçün biz aşağıda qeyd edilən prinsiplərə sadiq qalırıq, belə ki:
- İşçilərimizi və fəaliyyətlərimizin təsirinə məruz qalan bütün digər tərəfləri qorumaq üçün təhlükəsiz və sağlam iş yeri şəraitinin yaradılmasına üstünlük vermək.
- SƏTƏM və Texnolojı Təhlükəsizlik ilə əlaqədar yerli qanunlara, qaydalara və standartlara ciddi şəkildə riayət etmək, əməliyyatlarımızın bütün aspektlərinin qanuni tələblərə uyğunluğunu təmin etmək, eyni zamanda ən yaxşı beynəlxalq təcrübələri inteqrasiya etmək və tətbiq etmək.
- Əməliyyatlarımızı ISO 45001 və ISO 14001 standartlarına uyğunlaşdırmağa çalışmaq, beynəlxalq səviyyədə tanınmış əməyin mühafizəsi, təhlükəsizlik idarəetmə təcrübələri və ətraf mühitin idarə edilməsi sistemlərinə sadiqliyimizi nümayiş etdirmək.
- İşə Nəzarət sistemi üzrə təlimlər də daxil olmaqla, zəruri daxili və xarici təlimlər verməklə işçilərimizin SƏTƏM və texnolojı təhlükəsizlik prinsiplərini və onların təhlükəsizlik baxımından kritik olmalarını başa düşməsini təmin etmək.
- Cavabdehlik mədəniyyətini inkişaf etdirmək üçün təşkilatın bütün səviyyələrində aydın məsuliyyətlərin müəyyən edilməsi
- Liderlik mədəniyyətini təşviq etmək, işçilərə istənilən vaxt istənilən təhlükəli davranışı və ya işi dayandırmaq və hesabat vermək səlahiyyətinin verilməsi.
- Baş verən bütün hadisələr barədə müvafiq qaydada məruzə etmək, araşdırma və qeydiyyat aparmaq və təkrar baş vermasinin qarşısını almaq üçün baş verən hadisələrdən çıxarılan nəticələri bölüşmək.
- Fövqəladə hallara hazırlıq və cavab tətbirləri planlarının hazırlanması və həyata keçirilməsi.
- Bütün qəza-xilasetmə, yanğınsöndürmə və təhlükəsizlik baxımından son dərəcə vacib olan avadanlıqların qanuni tələblərə və istehsalçıların tövsiyələrinə uyğun olaraq müntəzəm monitorinqini, yoxlanılmasını və texniki qulluğunu təmin etmək.
- Strukturlaşdırılmış təhlillər və xarici maraqlı tərəflərlə əlaqə vasitəsilə SƏTƏM İdarəetmə Sistemimizin, performansımızın və mədəniyyətimizin davamlı təkmilləşdirilməsinə nail olmaq.
- Aydın və ölçülə bilən hədəfləri və məqsədləri müəyyən etməklə, performansı yoxlamaq, nəzərdən keçirmək, monitorinq etmək və hesabat verməklə SƏTƏM performansını daim təkmilləşdirmək üçün səy göstərmək.
- SƏTƏM və Texnolojı Təhlükəsizliyi bütün biznes fəaliyyətlərinə inteqrasiya etmək və təhlükələri aradan qaldırılmaq / risklərin praktiki cəhətdən mümkün qədər aşağı səviyyəyə endirmək.
- Təhlükəsiz və məhsuldar iş mühitini təmin etmək üçün İşə Nəzarət sistemini, İşə İcazə prosedurlarını və Təcridetmə protokollarını ciddi şəkildə tətbiq etmək.
- Potensial təhlükələri təxmin etmək və azaltmaq üçün dizayn mərhələsində təhlükəsizlik prinsiplərini tətbiq etmək.
- Resursların qorunması, tullantıların azaldılması və davamlı təcrübələrin təşviqi vasitəsilə ətraf mühitə təsirlərin minimuma endirilməsi.
- Şirkətin Ətraf Mühit Mühafizəsi Tədbirlər Planına uyğun olaraq ətraf mühitin çirklənmə dərəcəsinin azaldılmasını təmin etmək;
- Müntəzəm SƏTƏM görüşləri, davranışa əsaslanan təhlükəsizlik sistemi, paylaşılan audit / yoxlama nəticələri, kollektiv müzakirələr və s. vasitəsilə işçilərin fəal iştirakını və məsləhətləşmələrini həvəsləndirmək.
Bu öhdəlikləri yerinə yetirmək üçün biz mövcud prosedurları, siyasətləri və tələbləri davamlı olaraq nəzərdən keçirmək və inkişaf etdirməklə mövcud SƏTƏM İdarəetmə sistemimizi tətbiq edəcəyik. Bu Siyasətin icrası və monitorinqinin təmin olunması “SOCAR Polymer” MMC şirkətinin rəhbərliyinə həvalə edilir.
“SOCAR Polymer” MMC-nın Baş Direktoru olaraq mən sözügedən siyasətin hamının nəzərinə çatdırılması və həyata keçirilməsinə, habelə onun effektivliyinin mütəmadi olaraq qiymətləndirilməsinə cavabdehəm.
Mən bununla bildirirəm ki, SƏTƏM prinsiplərinə riayət etmək fəaliyyətimizin davamlılığı və uğuru üçün çox vacibdir və biz əməliyyatlarımız çərçivəsində bu standartlardan güzəştə getməyəcəyik.
Fuad Əhmədov:
“SOCAR Polymer” şirkətinin Baş Direktoru