“SOCAR Polymer” əməkdaşlarının məhsuldar fəaliyyəti təkcə gündəlik vəzifələrini səmərəli yerinə yetirməklə məhdudlaşmır. Onlar həm də şirkətdən kənarda əldə etdikləri nailiyyətləri ilə tanınırlar. Buna görə də, bu il martın 8-də Sumqayıt şəhər İcra Hakimiyyəti “SOCAR Polymer”in mühəndis-texnoloqu Humay Həmidliyə minnətdarlıq bildirib.
Belə ki, 5 mart 2022-cu ildə həm Beynəlxalq Qadınlar Günü münasibəti ilə, həm də Sumqayıt şəhərinin ictimai həyatında və ictimai tədbirlərində fəal iştirakına görə şəhər İH-nin başçısı Zakir Fərəcov Humay xanıma minnətdarlıq əlaməti olaraq Təşəkkürnamə göndərdi. Həmin Təşəkkürnaməni Humay xanıma “SOCAR Polymer” MMC-nin Baş Direktoru Fuad Əhmədov təqdim etdi. Baş Direktor Humay xanımın şirkətdə və şirkətdən kənarda səmərəli fəaliyyətini yüksək qiymətləndirərək onu təbrik etdi və daha böyük uğurlar arzuladı.
Humay Həmidli 2019-cu ilin Yay Təcrübə Proqramnın finalçısıdır. “SOCAR Polymer”də KZ/KN sahəsində təcrübə qazanan Humay yaxşı nəticələr nümayiş etdirdi və daha sonra ona KZ/KN üzrə kiçik mühəndis vəzifəsi təklif olundu. 2020-ci ilin aprel ayında o, Əməliyyatlar Departamentinə əvvəlcə kiçik mühəndis təyin olundu, sonra isə vəzifəsi mühəndis-texnoloq vəzifəsinə qədər artırıldı.