“SOCAR Polymer” şirkəti dövlətlə özəl sektorun iştirakı ilə yaradılan ilk belə tərəfdaşlıqdır (dövlət-özəl sektor tərəfdaşlığı). Şirkət Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentidir. 2013-cü ildə formalaşmağa başlayan Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın paytaxtı Bakıdan 30 kilometr şimalda yerləşir. Proqnozlara görə, Sumqayıt Kimya Sənaye Parkı Mərkəzi Asiya regionunda yeni iri neft-kimya sənayesi qovşağına çevriləcək.
Biz nə edirik
Şirkətimiz biri polipropilen (PP), digəri isə yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı üçün nəzərdə tutulan iki zavod inşa etmişdir. Həmin PP və YSPE zavodlarının istehsal gücü müvafiq olaraq ildə 184000 və 120000 ton təşkil edir. İstehsal etdiyimiz məhsullar yüksək təzyiqə davam gətirən qaz, su və kanalizasiya borularının, qablaşdırma materiallarının, tekstil çeşidlərinin, avtomobil sənayesi üçün komplektləşdirici hissələrinin, elektron və elektrik avadanlığı komponentlərinin, tibbi təyinatlı malların, dəftərxana ləvazimatların və s. məmulatların hazırlanması üçün xammal olaraq istifadə olunacaq.